Araşdırma - Presedenttv.com

Ağcabədidə qanunsuz odun daşınması iddiası

Alimlər fırtına və qasırğaların güclənməsinin səbəbini izah ediblər

Qəbələ meşələrinin acınacaqlı vəziyyəti

Qida zəhərlənməsi qeydə alındı

Suni intellekt 44 ulduz sistemində yaşanabilən ulduz aşkar etdi.

Qeyri-sabit hava şəraiti may ayında da davam edəcək.

Türk alimləri ağciyər xərçənginin erkən diaqnozunu tapdılar.

Ən güclü mikroöldürücü bitkinin quzuqulağı olduğunu alimlər açıqladı

İngiltərə muzeyində insan dərisindən istifadə edilmiş kitab tapılıb.

Araşdırmaya görə insan 30 yaşına qədər yetkin ola bilmir.