Gündəm - Presedenttv.com

Prezident İlham Əliyev “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi

Şəhidlərimizi heç vaxt unutmadıq, unutmayacağıq!

Şəhidlərimiz heç zaman unudulmayacaq

Filarmoniyada 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılacaq

Prezident İlham Əliyev: Ağdərənin gələcək inkişafı çox parlaq olacaq

Azərbaycan Prezidenti: Yağış sularının idarə olunması üçün Bakının 30 küçəsində yeni kollektor şəbəkəsi qurulacaq

Prezident İlham Əliyevin doğum günüdür – Xalqın sevimli liderinə təbriklər yağır

10 dekabr — Ümummilli Lider Heydər Əliyevin anım günüdür.

Bu gün Konstitusiya Günüdür

Prezident İlham Əliyev 12 Noyabr - Konstitusiya Günü ilə bağlı paylaşım etdi