Hadisə - Presedenttv.com

Avtomobil 10 dəfə fırlanaraq aşdı. Xəsarət alanlar var

Xocəsəndə sakinlər çıxılmaz vəziyyətdə: Şəhid ailəsinin evi belə su altında qaldı

Noxanı yolunda ağır qəza: iki Hyundai Sonata toqquşdu

Gecə saat 02:00-da Binəqədidə tüstü ilə müşahidə olunan dron uçuşu sakinləri təşvişə saldı

Masazırda bina yanır

Binəqədi rayonunda asfalt yenə çökdü – avtomobil quyuya düşdü

Qar yağacaq, temperatur 5-10 dərəcə enəcək, yollar buz bağlayacaq

Taksi sürücüsü qadını şantaj edir – Azadlıq metrosu yaxınlığında narahatedici hadisə

Ağcabədidə qanunsuz odun daşınması iddiası

Tikinti şirkətlərində təhlükəsizlik qaydalarına əməl olunmur