İqtisadiyyat - Presedenttv.com

Azərbaycanda növbəti torpaq hərracları elan edilib

İSO-nun iş adamları Azərbaycanın biznes imkanları ilə tanış olublar

Azərmash Leasing MMC ilə bağlı narazılıq davam etməkdədi

Daha bir kənd içməli su ilə təmin olundu

Mənziliniz əlinizdən alınacaq - İyunun 3-nə qədər vaxt verildi

Mixael Şumaxerin 2001-ci ildə idarə etdiyi “Ferrari F2001” avtomobili rekord qiymətə satıldı

Azərbaycanda qaymaq, xama, pendir və kəsmik istehsalı azaldı

Azərbaycanda çay istehsalı azaldı

Azərbaycan Prezidenti İlham Əliyevin Çinin Sədri Si Cinpin ilə geniş tərkibdə görüşü oldu.

İlham Əliyev İranın yol və şəhərsalma nazirini qəbul etdi.