Mədəniyyət - Presedenttv.com
31 mart soyqırım günü paytaxtdakı Şəhidlər Xiyabanında olduq
Müşfiq Nəsirli Mikayıl oğlu tərəfindən keçirilən “Heydər Əliyev irsinin tarixi və gələcək izləri” mövzusunda layihə keçirildi
Bahar müəllimənin uğur dolu tədris yolu
Mərkəzi Gömrük Hospitalının Urologiya şöbəsi tam spektrli uroloji xidmətlər göstərir
Urologiya şöbəsinin rəisi, uroloq-androloq Bəhruz Xalıqov və uroloq-androloq Samir Ağalarov tərəfindən aşağıdakı prosedur və əməliyyatlar uğurla aparılır:
∙ Lazer və pnevmatik ureterolitotripsiya, qapalı şəkildə daşların çıxarılması (litoekstraksiya);
∙ Açıq və laporoskopik sidik axarı və böyrək daşları əməliyyatları;
∙ Perkutan nefrolitotomiya, fibroureterorenoskopiya;
∙ Sidik-cinsiyyət sisteminin şişləri, kişi sonsuzluğu, cinsi disfunksiya;
∙ Prostat vəzinin xoşxassəli hiperplaziyası, prostatit;
∙ Qadınlarda sidik qaçırma və sidik yollarının infeksiyaları;
∙ Anadangəlmə sidik yolları qüsurları və sidik ifrazatı pozğunluqları.
Qeyd edək ki, ölkəmizdə ilk dəfə qasıq nahiyəsi kəsilmədən tulium lazer vasitəsilə prostat vəzinin adenomasının buxarlanması əməliyyatı məhz Mərkəzi Gömrük Hospitalında uğurla icra olunub. Eyni zamanda, müasir müalicə üsullarından biri olan holmium lazer cihazı ilə daşların yerləşmə yeri və ölçüsündən asılı olmayaraq çıxarılması əməliyyatları da tətbiq edilir.
Urologiya şöbəsinin əsas fəaliyyət sahələri cərrahi kəsik olmadan daşların lazer və ultrasəs vasitəsilə çıxarılması, androloji xəstəliklərin, sidik-cinsiyyət sisteminin xoş və bədxassəli törəmələrinin, böyrək və sidik yollarının şiş və kistalarının əsasən laporoskopik və endoskopik üsullarla müalicəsindən ibarətdir.
Əlavə olaraq, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Xidmətlər Zərfi çərçivəsində endoskopik böyrək daşı və endoskopik prostatektomiya əməliyyatları da uğurla həyata keçirilir.
Urologiya şöbəsində aparılan müalicələr:
∙ Sidik yolları və böyrək daşlarının müalicəsi;
∙ Lazer ureterolitotripsiya;
∙ Pnevmatik ureterolitotripsiya;
∙ Böyrək daşlarının qapalı litotripsiyası, litoekstraksiyası;
∙ Böyrək daşlarının ultrasəs litolapaksiyası;
∙ Açıq sidik axarı və böyrək daşları əməliyyatları;
∙ Laporoskopik böyrək daşları əməliyyatları;
∙ Fibroureterorenoskopiya, litotripsiya;
∙ Sidik kisəsi daşlarında açıq və endoskopik əməliyyatlar;
∙ Sidik yolları, böyrək şişlərinin müalicəsi;
∙ Açıq tam və hissəvi nefrektomiyalar;
∙ Prostat xərçənginin radikal cərrahi müalicəsi;
∙ Cinsi pozğunluqlar, sonsuzluğun müalicəsi;
∙ Cinsi zəifliyin dəqiq diaqnostikası, dərman və cərrahi müalicəsi;
∙ Peyroni xəstəliyin müalicəsi;
∙ Xaya biopsiyası, toxum materialın alınması;
∙ Uşaqlarda görülən uroloji anomaliyaların müalicəsi;
∙ Qadınlarda mövcud uroloji problemlərin diaqnostikası və müalicəsi;
∙ Sidik saxlamazlığın minimal müdaxiləli müalicəsi;
∙ Prostatın qapalı və açıq əməliyyatları, biopsiyası.
Təxirəsalınmaz uroloji müdaxilələr:
∙ Urostent və nefrostoma yerləşdirilməsi;
∙ Priapizm zamanı əməliyyatlar;
∙ Sidik yolları zədələnmələrinin müalicəsi;
∙ Klassik uroloji əməliyyatlar;
∙ Endoskopik (qapalı) prostat əməliyyatı (TURP);
∙ Endoskopik (qapalı) sidik kisəsi daşı və şişlərinin əməliyyatları;
∙ Endoskopik (qapalı) böyrək daşı əməliyyatları;
∙ Böyrək, sidik axarı və sidik kisəsi daşlarının əməliyyatsız və ağrısız qırılması;
∙ Kişi sonsuzluğunun müalicəsi;
∙ Mikroskopik androloji əməliyyatlar (varikosel, toxum kanalları üzərində əməliyyatlar);
∙ Qadınlarda və kişilərdə sidik saxlanamazlığının müalicəsi;
∙ Cinsi zəifliyin müalicəsi;
AMEA-nın prezidenti: Bəxtiyar Vahabzadənin sənətinə, şəxsiyyətinə, xidmətlərinə böyük ehtiram var
Paytaxtda 50 minə yaxın VI sinif şagirdi monitorinqdə iştirak edib
18 May - Beynəlxalq Muzeylər Günüdür
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti beynəlxalq forumda iştirak etdi
Hökümə Əliyevanın ev muzeyi tikilir.
Türkiyəli aktyor Kənan İmirzalıoğlu 7 ildən sonra kinoya çəkilir.