Suriyanın Hələb şəhərinin Ayn əl-Ərəb rayonunda yerləşən həbsxanada baş verən yanğın nəticəsində 7 məhbus ölüb, bir neçə nəfər isə tüstüdən zəhərlənib.
Presedenttv.com AZƏRTAC-a istinadla xəbər verir ki, yanğın şəhərdə ötən gün baş vermiş iğtişaşlarla əlaqədar bəzi məhbusların yaratdığı qarışıqlıq zamanı başlayıb.
İtkilərin sayının artacağı istisna edilmir.