“Kəpəz”in kapitanı Dioqu Verdaşka uzun müddət yaşıl meydanlardan kənarda qalacaq.
Presedenttv.com xəbər verir ki, klubdan AZƏRTAC-a bildirilib ki, ötən gün məşqdə zədələnən portuqaliyalı müdafiəçinin sağ bud əzələsində 14 santimetr uzunluğunda yırtıq aşkarlanıb.
Tibbi heyətin protokoluna əsasən, Verdaşkanın müalicəsi 6 həftə davam edəcək.