Bunu Polşanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamış çərşənbə günü bəyan edib.
“İsveç və Finlandiyanın NATO-ya qoşulmasından sonra Baltik dənizi alyansın daxili dənizinə çevrildi”, – deyə qurumun mətbuat xidməti nazirin sözlərindən sitat gətirib.
Nazirlikdə vurğulanıb ki, Polşanın Baltik dənizi sahillərinin möhkəmləndirməsi NATO-nun digər üzv dövlətlərinə göstərilən “hörmətin ifadəsidir”.