Hörmüz boğazında İran mülki gəmisinə endirilən zərbə nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb.
Presedenttv.com AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə Qeşm əyalətinin başçısı Əmir Teymuri bildirib.
İranın dövlət televiziyası onun sözlərini sitat gətirərək yazıb: "Bu gün səhər saat 5:00 radələrində Henqam adası və Qeşm adasının Şib Deraz sahili yaxınlığında ticarət gəmisi vurulub".