ABŞ ilə ticarət danışıqları uğursuz nəticələndikdən sonra Kanadanın Baş naziri Mark Karni Şimali Amerika ölkəsinin Avropa İttifaqına (Aİ) assosiativ üzv olmasını təklif edib.
Presedenttv.com AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunub ki, Karni son aylarda Almaniya, Fransa və İtaliya da daxil olmaqla, bütün əsas Aİ ölkələri ilə danışıqlar aparıb. Onun əsas məqsədi Kanadanın Avropa bazarına inteqrasiyasıdır. Nəşrin məlumatına görə, Brüssel bu ideyanı müzakirə etməyə müsbət yanaşır.