Bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt məlumat verib.
“Rubio öz səlahiyyətindən istifadə edərək ölkəyə qanuni şəkildə daxil olan, lakin ABŞ üçün təhlükə yaradan və əslində heç vaxt qəbul edilməməli olan çoxsaylı şəxslərin vizalarını ləğv edib”, – deyə Levitt bildirib.
Onun sözlərinə görə, Dövlət Departamenti ABŞ vizası üçün müraciət edənlərlə bağlı tələbləri və yoxlama prosedurlarını xeyli sərtləşdirib.
Bundan əvvəl ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidməti xarici vətəndaşların sığınacaq müraciətlərinə baxılmasını müvəqqəti olaraq dayandırmışdı.