“Miami Herald” qəzetinin məlumatına görə, döyüş təyyarələri Marakaybo gölü üzərindən, təxminən 25 min fut (təxminən 7 min 500 metr) hündürlükdən uçub.
Gölün yaxınlığında yerləşən Suliya və Falkon şəhərləri Venesuelanın enerji sektoru üçün vacib bölgələrdir. Burada təxminən 150 milyard barel xam neft yataqları yerləşir.
Döyüş təyyarələri, həmçinin Venesuelanın ikinci ən böyük şəhəri Marakayboya və Hərbi Hava Qüvvələrinin “Rafael Urdaneta” aviabazasına 100 mil (təxminən 160 kilometr) yaxınlaşıb.