PresedentTv.com xəbər verir ki, 28 Mall” Ticarət Mərkəzinə giriş müvəqqəti olaraq məhdudlaşdırılıb.
Bu haqda Ticarət Mərkəzi məlumat yayıb.
Məlumatda bildirilir ki, texniki səbəblərə görə “28 Mall” Ticarət Mərkəzində işıqlar sönüb:
“Təhlükəsizlik məqsədilə ticarət mərkəzinə giriş müvəqqəti olaraq məhdudlaşdırılıb.
Günün ikinci yarısında ticarət mərkəzinə daxil olmağın mümkün olacağını düşünürük. Bununla bağlı bir qədər sonra yenidən sizə məlumat verəcəyik.