“Spiegel” qəzetinə istinadla xəbər verir ki, iyunun 2-də BMT-nin mənzil-qərargahında keçirilmiş səsvermədə 193 üzv dövlətdən 167-si onun lehinə səs verib. Almaniyanın Yaşıllar partiyasının nümayəndəsi olan 44 yaşlı A.Berbok bu vəzifəyə yeganə namizəd olub. Adətən alternativ namizəd olmadıqda Baş Assambleyada namizəd konsensus əsasında və səsverməsiz təsdiqlənir. Lakin bu dəfə Rusiyanın tələbi ilə gizli səsvermə keçirilib.