“Axios” portalı bu barədə “Morning Consult” analitika şirkətinin araşdırmasına istinadla məlumat yayıb. Məlumata görə, hazırda Çinə müsbət münasibət bəsləyən insanların sayı son beş ildə ən yüksək səviyyəyə çatıb.
Braziliya, Rusiya, Almaniya, Fransa, Böyük Britaniya, Yaponiya, Cənubi Koreya da daxil olmaqla, dünyanın 41 ölkəsində hər gün təxminən 5 min nəfər arasında keçirilən sorğu göstərib ki, Donald Tramp prezident seçildikdən sonra ABŞ-a münasibət yaxşılaşsa da, inaqurasiya mərasimindən sonra reytinqlərdə ardıcıl və sürətli eniş müşahidə olunub.
Ekspertlərin sözlərinə görə, Birləşmiş Ştatlara münasibətin pisləşməsi ABŞ şirkətləri üçün ticarət və investisiya imkanlarını azalda bilər.