Dikkat! Gizli yazıları görüntüleme yetkiniz bulunmuyor.Cari ilin birinci yarısında Naxçıvanda, ümumilikdə, 116 qida zəhərlənməsi hadisəsi baş verib.Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyindən Presedenttv.com-dan bildirilib ki, zəhərlənmə hadisələrindən, ümumilikdə, 172 nəfər zərər çəkib. Qida zəhərlənmələrindən 70-i məişət zəminində, 46-sı isə ictimai iaşə müəssisələrində baş verib. Hadisələrə əsas səbəb sanitar-gigiyenik qaydalara riayət edilmədən məhsulun hazırlanması və istehlakı olub.Qida zəhərlənməsi diaqnozu ilə ölüm hadisəsi qeydə alınmayıb.