Ağcabədi sakini Əli adlı şəxs barəsində ciddi iddialar irəli sürülüb. Bildirilir ki, 13-BF-164 dövlət nömrə nişanlı "KamAZ" markalı yük maşını ilə bələdiyyəyə məxsus ərazidən icazəsiz şəkildə odun çıxarılır.
Şahidlərin sözlərinə görə, həmin şəxs Ucar rayonundakı nəzarət tərəzisindən yayınmaq üçün avtomobilin nömrələrinin üzərini ağ kağız vasitəsi ilə gizlədir.
Yerli sakinlər və ekoloji fəallar məsələ ilə bağlı aidiyyəti orqanların araşdırma aparmasını tələb edirlər.