PresedentTv.com xəbər verir ki, cəmi 1 dəfə şarj etməklə ömür boyu istifadə edə biləcəyiniz batareyanın şəkilinə baxırsınız.
Alimlər karbonun radioaktiv formulu ilə işləyən kiçik nüvə batareyasının prototipini hazırlayıblar. Bu balaca batareya tək bir şarjla istifadəçinin cihazlarını bütün ömrü boyunca təhlükəsiz enerji ilə təmin edəcəyini bildirirlər.
Sözügedən batareya ürək ritmini tənzimləyən tibbi cihazlardan gündəlik istifadə etdiyimiz telefonlarımıza, digər cihazlarımıza qədər hər şeyi çox uzun müddət şarj etmədən işlətməyimizə imkan verəcək.
ℹ️ Araşdırma Cənubi Koreyanın Daegu Gyeongbuk Elm və Texnologiya İnstitutu tərəfindən aparılır.