Onlar beş il əvvəl yeganə övladları Rəşadı Vətən uğrunda qurban veriblər.
30 ildən sonra yenidən evlərində uşaq səsi gəlir.
Bir yaşını qeyd edən balaca Ayla qardaşının əziz xatirəsini həm də soyadında daşıyır- Ayla Rəşadlı.
25 yaşlı Rəşad Mikayılzadə könüllü əsgər kimi Vətən müharibəsinə qatılıb. 9 noyabr 2020-ci ildə Şuşanın azad olunması uğrunda gedən döyüşlərdə komandirini xilas edərkən snayperlə açılan atəş nəticəsində şəhid olub.