Binəqədi–Novxanı yolunda yanğın hadisəsi baş verib. Hazırda əraziyə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları alovun söndürülməsi istiqamətində intensiv iş aparırlar.
İlkin məlumata görə, yanğının söndürülməsi zamanı bəzi FHN əməkdaşları xəsarət alsalar da, xidməti vəzifələrini davam etdirərək alovun qarşısının alınması üçün fədakarlıqla çalışırlar.
Hadisənin başvermə səbəbi və xəsarət alanların vəziyyəti ilə bağlı rəsmi məlumatın açıqlanacağı gözlənilir. Əraziyə əlavə qüvvə və texnikalar cəlb olunub, yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam edir.