
Qaradağ və Qobustan rayonlarının sərhədində yerləşən palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib.
Presedenttv.com xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
Püskürmə yerli vaxtla saat 07:32-də, bir faza ilə xarakterizə olunub və 10 dəqiqə davam edib.
Məlumata görə, püskürmə zamanı alov sütunu müşahidə olunub. Baş vermiş proses 8 seysmik stansiyada qeydə alınıb. Püskürmə ocağının dərinliyi 4 km təşkil edib. Püskürmə zamanı ayrılan enerjinin miqdarı 6,50 × 10^6 coul olaraq qiymətləndirilib.
***
Qaradağ rayonunu ərazisində palçıq vulkanı püskürüb.
Presedenttv.com xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Məlumata əsasən, vulkan püskürməsi yerli vaxtla saat 07:32-də qeydə alınıb.