Nazirliyin mətbuat xidmətindən Presedenttv.com-a bildirilib ki, daxil olan məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Zəngilan rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri çağırış ünvanına cəlb ediliblər.
Xilasedicilər müvafiq vasitələrlə aşmış ağacın hissələrə kəsilərək yoldan götürülməsini, bununla da magistral yolda sərbəst hərəkətin bərpasını təmin ediblər.