Çinin Quycou əyalətində paleontoloqlar 240 milyon il yaşı olan “Dinocephalosaurus orientalis” adlı qədim dəniz sürünəninin skeletini aşkarlayıblar.
PresedentTv.com Maya.news istinadən xəbər verir ki, 5 metrlik skeleti alimlər “Çin əjdahası” ilə müqayisə ediblər.
Qədim dövrlərdə yaşamış bu canlının ən qeyri-adi xüsusuyyəti boynunun bədən və quyruqdan daha uzun olmasıdır.
Belə ki, onun boynu 32 fəqərədən ibarətdir.
Həmçinin “Dinocephalosaurus”un mədəsində yaxşı qorunmuş halda balıq qalıqları da aşkarlanıb.