• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Azərbaycan və özbək dillərinin müqayisəli tədqiqi elmi əlaqələrin inkişafına töhfə verir

Müsahibə

23-08-2026, 12:55



AMEA Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsində Azərbaycan və özbək dillərinin qarşılıqlı əlaqələri, struktur-tipoloji xüsusiyyətləri və terminoloji inkişaf meyilləri uzunmüddətli elmi tədqiqatlar əsasında müqayisəli istiqamətdə araşdırılır. Tədqiqatlar yalnız qohum iki dilin oxşar və fərqli xüsusiyyətlərinin müəyyənləşdirilməsi ilə məhdudlaşmır, eyni zamanda, türk dillərinin ümumi inkişaf qanunauyğunluqlarının üzə çıxarılması baxımından elmi əhəmiyyət daşıyır.

Presedenttv.com Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi dosent Təranə Şükürlünün AZƏRTAC-a açıqlamasına əsasən bildirir.

Azərbaycan və özbək dillərinin müqayisəli tədqiqində terminologiya xüsusi yer tutur. Dosent Təranə Şükürlünün “Azərbaycan və özbək dillərində müstəqillik dövründə termin yaradıcılığının əsas meyilləri” monoqrafiyasında hər iki ədəbi dilin terminoloji sistemində baş verən yeniləşmə prosesləri sistemli şəkildə araşdırılıb. Əsərdə terminlərin yaranma yolları, leksik-semantik xüsusiyyətləri, eləcə də iki dilin termin yaradıcılığında müşahidə olunan ümumi və fərqli meyillər müqayisəli aspektdə təhlil edilib. Azərbaycan–özbək dil əlaqələrinin öyrənilməsində ikidilli lüğətlərin də xüsusi əhəmiyyəti var. Bu nəşrlər Azərbaycan və özbək dillərinin söz ehtiyatının qarşılaşdırılmasına, dil ekvivalentlərinin müəyyənləşdirilməsinə, tərcümə prosesinin asanlaşdırılmasına və iki qohum dil arasında kommunikativ əlaqələrin genişləndirilməsinə imkan yaradır.

2025-ci ildə Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin nəşr etdirdiyi “Müasir türk dillərinin ikidilli lüğəti”ndə “Azərbaycanca-özbəkcə” və “Özbəkcə-Azərbaycanca” istiqamətləri də ayrıca təqdim olunub. Lüğətin həmin bölmələrinin tərtibçisi dosent Təranə Şükürlüdür. Özbək dilinin Azərbaycan dilində öyrənilməsi və praktik istifadəsinin genişləndirilməsi baxımından dosent Günel Mirzəyevanın hazırladığı “Azərbaycanca-Özbəkcə-Türkcə” danışıq kitabçası da əhəmiyyət daşıyır. Nəşrdə özbək yazısının qısa tarixi, gündəlik ünsiyyətdə istifadə olunan söz, ifadə və cümlələr sistemləşdirilib. Kitabça Azərbaycan, özbək və türk dilləri arasında praktik kommunikasiya imkanlarının genişləndirilməsinə xidmət edir.

İnstitutda aparılan araşdırmaların mühüm istiqamətlərindən biri də dillərin fonetik, leksik, morfoloji və terminoloji materiallarının qarşılaşdırılmasıdır. Bu tədqiqatlar Azərbaycan və özbək dillərinin genetik qohumluğunun konkret dil faktları əsasında öyrənilməsinə, ortaq türk dil qatının üzə çıxarılmasına və hər iki dilin özünəməxsus inkişaf xüsusiyyətlərinin müəyyənləşdirilməsinə imkan verir. Azərbaycan və özbək dillərinin müqayisəli tədqiqi, eyni zamanda, iki ölkə arasında elmi-mədəni əlaqələrin inkişafına töhfə verir. Qohum türk dilləri arasında qarşılıqlı anlaşmanın və elmi əməkdaşlığın genişləndirilməsi istiqamətində lüğətlərin, danışıq kitabçalarının, terminoloji araşdırmaların və müqayisəli dilçilik əsərlərinin hazırlanması xüsusi aktuallıq daşıyır. Hazırda Dilçilik İnstitutunda Azərbaycan və özbək dillərinin fonetik sistemi müqayisəli aspektdə araşdırılır. Bu istiqamətdə dosent Təranə Şükürlünün “Özbək dilinin fonetikası” adlı monoqrafiyasının nəşri nəzərdə tutulur.

Aparılan tədqiqatlar Azərbaycan və Özbəkistan arasında dilçilik sahəsində elmi əməkdaşlığın daha da dərinləşdirilməsi, birgə elmi layihələrin həyata keçirilməsi üçün mühüm baza yaradır

Paylaş:
Digər xəbərlər

Maraqlı

22-08-2026, 13:19

ABŞ mediası Azərbaycanda tapılan sirli kürədən yazır

---

18-09-2025, 22:37

Professor Azadgül Taşmatova: Üzeyir Hacıbəylinin zəngin irsi Özbəkistanda çox böyük rol oynayır

Mədəniyyət

4-03-2025, 21:08

BDU Qazaxıstanın ali təhsil müəssisələri ilə əməkdaşlığı genişləndirir

Mədəniyyət / Dünya

11-02-2025, 09:32

Bu gün “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günüdür

Siyasət

23-08-2026, 12:05

Özbək deputat: Azərbaycanın C5 formatına qoşulması son illərin ən mühüm regional proseslərindən biridir

Araşdırma
ŞƏKİ YAYLASINDA ACINACAQLI VƏZİYYƏT: TURİSTİN TƏHLÜKƏSİ KİMİN MƏSULİYYƏTİNDƏDİR?
Bakıya “yağış yağan” avtobuslar gətirilib
Azərbaycanın bu kəndində 150 min adam yaşayır
Güzdəkdə daş karxanası: təhlükəsizlik qaydaları niyə gözardı edilir?
Tarkanı dinləmək üçün 18 min manat ödəyəcəklər
Xərçəngə qarşı vaksin hazırlanır: İlk sınaq uğurlu oldu
Hadisə
Dün, 10:30
Türk bayrağına tüpürən turistə bu cəza veriləcək
8-09-2026, 23:11
Bakıda restorana məxsus transformator yanır
5-09-2026, 19:00
Narkotikin təsiri altında maşın sürən şəxs həbs edilib
4-09-2026, 20:30
Məşhur klinikanın 76 yaşlı rəhbərinin Azərbaycandan çıxışına QADAĞA
4-09-2026, 17:45
Azərbaycandan İrana bir maşın pivə və araq daşıyan TUTULDU: toya aparırmış...
4-09-2026, 12:30
Rusiya onları Azərbaycana təhvil verdi
Son xəbərlər
  • 21-03-2026, 21:45
    Vətənpərvərlər Maarifləndirmə İctimai Birliyinin təşəbbüsü ilə iftar süfrəsi təşkil olundu
  • Dün, 19:30
    Türkdilli dövlətlərin Vəkillər kollegiyaları arasında əməkdaşlıq genişləndirilir
  • Dün, 18:00
    Sabahdan Xocasən qəsəbəsinin Elçin Əzizov küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
  • Dün, 15:00
    Türkiyənin xarici işlər naziri Suriyaya səfərə gedib YENİLƏNİB
  • Dün, 14:00
    İstanbul aeroportunda yeni uçuş-enmə zolağı istifadəyə veriləcək
  • Dün, 14:00
    AMEA-da Pakistan ədəbiyyatı üzrə yeni tədqiqatlar aparılır
  • Dün, 13:00
    Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb
  • Dün, 10:30
    Türk bayrağına tüpürən turistə bu cəza veriləcək
  • Dün, 10:00
    Hörmüz boğazında İrana məxsus mülki gəmi vurulub
  • Dün, 09:00
    İndoneziyada göyərtəsində 243 nəfərin olduğu gəmi ilə əlaqə kəsilib
  • Dün, 08:30
    WSJ: Kanada Aİ-nin assosiativ üzvü olmaq istəyir
  • Dün, 07:30
    Kuşner qarşıdakı həftələrdə Ukrayna ilə bağlı yeni addımların atılacağına ümid edir
  • 12-09-2026, 22:00
    Azərbaycan Premyer Liqasında V turun növbəti oyunları keçirilib
  • 12-09-2026, 20:00
    Çingiz Hüseynzadə İslam Həmrəyliyi İdman Assosiasiyasının Baş Assambleyasında təltif olunub
  • 12-09-2026, 17:30
    Yunanıstan Aİ-də adambaşına düşən sığınacaq müraciətlərinin sayına görə birinci olub
  • 12-09-2026, 16:20
    Xorvatiyada 192 mindən çox vətəndaşın bank hesabı borca görə bloklanıb
  • 12-09-2026, 16:00
    Afina və Buxarest arasında enerji bağlantıları gücləndirilir
  • 12-09-2026, 15:10
    Süni intellekt “Navye-Stoks bərabərliyi” tənliyini həll edib, amma riyaziyyatçılar narahatdır
  • 12-09-2026, 15:00
    İraq hökuməti Səudiyyə Ərəbistanına hücumlarla bağlı araşdırma aparır
  • 12-09-2026, 14:30
    Fəxriyyə Xələfova: “Sıfır tullantı” Azərbaycan moda sənayesi üçün real və davamlı iqtisadi modelə çevrilə bilər
  • 12-09-2026, 14:10
    Suriyada həbsxanada yanğın nəticəsində 7 məhbus həlak olub
  • 12-09-2026, 14:10
    Rumıniya bütün ölkə ərazisini əhatə edən genişmiqyaslı hərbi təlim keçirəcək
  • 12-09-2026, 14:00
    Bakıda gənc rəssamın sərgisi açılıb
  • 12-09-2026, 13:20
    BOKT vəsaitlərinin aidiyyəti şəxslərə yönəldilməsinin qarşısının alınması nəzərdə tutulur
  • 12-09-2026, 12:30
    Azərbaycan neftinin qiyməti 120 dolları ötüb
  • 12-09-2026, 12:10
    16 yaşadək Azərbaycan basketbol millisi Türkiyədə ikinci yeri tutub
  • 12-09-2026, 10:30
    Fransada yanacaq bahalaşır: “Sarı jiletlilər” yenidən küçələrə çağırılır
  • 11-09-2026, 23:18
    Səudiyyə Ərəbistanı Şərq-Qərb neft kəmərində əməliyyatları dayandırıb
  • 11-09-2026, 23:00
    “Fənərbağça” rəhbərliyi baş məşqçinin istefasını qəbul etməyib
  • 11-09-2026, 23:00
    “Fox News”: ABŞ qüvvələri İranla gərginlik fonunda gecə əməliyyatlarına hazırlaşır
  • 11-09-2026, 21:00
    Fransada inflyasiyanın ilin sonuna yaxın 3 faizə çatacağı gözlənilir
  • 11-09-2026, 20:30
    “Uzak şehir”də rol alacaq - Foto
  • 11-09-2026, 20:00
    Bu yollarda hərəkət məhdudlaşdırılacaq
  • 11-09-2026, 19:30
    Kraldan sonra Norveç şahzadəsi də öldü
  • 11-09-2026, 19:30
    ABŞ-də 11 sentyabr terror aktlarının 25-ci ildönümü qeyd olunur
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: İntizar Əmirova
  • Telefon: (+99455) 429 29 47
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Presedenttv.com-un məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə