bunu ölkənin bələdiyyələr və tikinti naziri Məcid əl-Həqil yerli televiziyaya müsahibəsində deyib.
Nazir qeyd edib ki, əcnəbilər Məkkə, Mədinə, Ciddə və ər-Riyad şəhərləri istisna olmaqla, istənilən yerdə daşınmaz əmlak sahibi ola biləcəklər. Əlavə edib ki, adıçəkilən dörd şəhərdə müəyyən bölgələrdə xarici vətəndaşlara daşınmaz əmlak sahibi olmaq icazəsi veriləcək. Ümumiyyətlə, ölkədə yaşayan əcnəbilər yalnız bir daşınmaz əmlak ala bilərlər.