• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Sea Breeze” istirahət mərkəzinin ərazisində həyata keçirilən layihələrlə tanış oldular.

---

21-04-2025, 08:43

Aprelin 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakıda “Sea Breeze” istirahət mərkəzinin ərazisində həyata keçirilən və qarşıdakı dövrdə planlaşdırılan layihələrlə tanış olublar.
PresedentTv.com AZƏRTACa xəbər verir ki, “Agalarov Development” şirkətinin təsisçisi Emin Ağalarov əvvəlcə dövlətimizin başçısına və birinci xanıma “Sea Breeze”də istismara verilmiş “Park Residences 2” layihəsi barədə məlumat verdi.
Bildirildi ki, bu layihə çərçivəsində 1260 mənzildən ibarət yeddimərtəbəli 10 bina tikilib. Sakinlərin rahatlığını təmin etmək üçün burada müasir infrastruktur - hovuzlar, istirahət zonaları nəzərdə tutulub, həmçinin ərazidə geniş yaşıllaşdırılma işləri həyata keçirilib. Ölkəmizdə keçirilən COP29 çərçivəsində “Sea Breeze” ümumilikdə 4 minə yaxın qonaq qəbul edib ki, onlardan da çoxu məhz “Park Residences 2” layihəsinin binalarında yerləşib.
Sonra Prezident İlham Əliyevə “Sea Breeze”in ümumi baş planı və həyata keçirilmiş layihələr barədə məlumat verildi. Qeyd olundu ki, kompleksin ərazisində indiyədək 500-dən artıq daşınmaz əmlak obyekti tikilib. İstirahət mərkəzində sakinlər və qonaqlar üçün yüksək səviyyədə rahat şərait yaratmaq, həmçinin onların asudə vaxtlarını səmərəli təşkil etmək məqsədilə açıq və qapalı hovuzlar, fitnes mərkəzləri, restoranlar, kafelər, uşaq və idman meydançaları, qaçış və velosiped yolları, fəvvarələr yaradılıb. Burada məktəb, uşaq bağçası və xəstəxana da var.
Abadlıq işlərinə xüsusi diqqət yetirilib, 10 milyona yaxın bitki və ağac əkilib, yaşıllıq zonalarının ümumi sahəsi 300 hektara çatdırılıb.
Daimi yaşayış və yüksəksəviyyəli istirahət infrastrukturunu özündə birləşdirən “Sea Breeze” gələcəyin şəhəri kimi inamla inkişaf edir. Sahə üzrə ekspertlərin fikrincə, bu, çoxlu sayda müxtəlif formatlı daşınmaz əmlak obyektlərini bir ərazidə birləşdirən qlobal miqyaslı nadir layihədir.
Xəzər dənizinin sahilində, Bakının mərkəzindən cəmi 30 dəqiqəlik məsafədə yerləşən “Sea Breeze” 500 hektar ərazini əhatə edir. Burada 1,5 milyon kvadratmetrdən çox yaşayış və kommersiya daşınmaz əmlak layihəsi həyata keçirilib və istifadəyə verilib. Rekreasiya zonaları, parklar və çimərliklər üçün 150 hektardan çox ərazi ayrılıb.
Əsas layihələri sahil zolağında yerləşən “Sea Breeze” gələcəkdə ölkəmizin turizm imkanlarını artıracaq və Azərbaycanı turizm baxımından daha cəlbedici edəcək.
Nəhəng 11 mərtəbəli layner formasında inşa edilən mənzillərdən və hotel nömrələrindən ibarət flaqman daşınmaz əmlak layihəsi olan “Caspian Dream Liner” süni adada tikiləcək. Burada apart-hotel, ticarət mərkəzi və hovuzlar yaradılacaq. Bu unikal memarlıq quruluşu sayəsində “Sea Breeze” qlobal turizm xəritəsində daha da cəlbedici məntəqəyə çevriləcək.
İrimiqyaslı layihə fondunun hazırlanmasında bir neçə yerli və xarici memarlıq bürosu işləyir, layihələndirmə işlərinə dünyaşöhrətli memarlar cəlb olunur.
2028-ci ilədək burada daha 700 binanın tikilməsi, həmçinin ümumilikdə 50 hektar sahəni əhatə edən aypara şəklində nadir süni yarımadanın yaradılması nəzərdə tutulub. Bu layihədə dünyanın aparıcı mehmanxana şəbəkələrinin hotelləri, ticarət mərkəzləri, yaxtalar üçün dayanacaqlar, 40 mindən çox tamaşaçı tutumu olan konsert meydançası yer alacaq.
“Sea Breeze”də həyata keçirilən işlər həm də mühüm sosial rol oynayır, yeni iş yerlərinin açılmasına töhfə verir. Hazırda kompleksdə 6560 nəfər işlə təmin edilib və gələcəkdə bu rəqəmin xeyli artırılması nəzərdə tutulur. Burada yatırılan investisiyaların ümumi həcmi artıq 3 milyard dollar təşkil edir, yaxın beş ildə isə daha 5 milyard dollardan çox sərmayələrin cəlb edilməsi planlaşdırılır. 2024-cü ilin yekunlarına görə, “Sea Breeze” ölkə iqtisadiyyatına mühüm töhfə verərək Azərbaycan Respublikasının ən iri vergiödəyiciləri sırasında yer alıb.

Paylaş:
Digər xəbərlər

Gündəm

19-03-2025, 09:46

Ağdərənin Suqovuşan kəndində yaşayış kompleksi istifadəyə verilib, sakinlərə evlərin açarları təqdim olundu

Gündəm

18-02-2025, 20:21

İlham Əliyev Ağdam şəhər 1 nömrəli tam orta məktəbdə aparılan tikinti işləri ilə tanış oldu

Gündəm

7-02-2025, 20:33

İlham Əliyev Bakıda metronun “Gənclik” stansiyasının yaxınlığında yaradılan yeni parkın açılışında iştirak etdi

Gündəm

7-11-2024, 23:54

İlham Əliyev Bakıda Mərkəzi Parkın açılışında iştirak etdi

Siyasət

30-10-2024, 12:56

İlham Əliyev Bakının Nəsimi rayonunda yeni salınan parkda yaradılan şəraitlə tanış oldu

Araşdırma
Gədəbəydə odun qırıntılarının daşınması ilə bağlı görüntülər narahatlıq yaradır
Ağcabədidə qanunsuz odun daşınması iddiası
Alimlər fırtına və qasırğaların güclənməsinin səbəbini izah ediblər
Qəbələ meşələrinin acınacaqlı vəziyyəti
Qida zəhərlənməsi qeydə alındı
Suni intellekt 44 ulduz sistemində yaşanabilən ulduz aşkar etdi.
Hadisə
27-07-2026, 14:38
Binəqədi–Novxanı yolunda yanğın: FHN əməkdaşları alovla mübarizə aparır
14-07-2026, 15:55
Gədəbəydə odun qırıntılarının daşınması ilə bağlı görüntülər narahatlıq yaradır
13-07-2026, 20:42
Kəlbəcərdə çaya düşən azyaşlının axtarışları davam edir 13.07.2026 [20:12] A+ A-
1-07-2026, 09:39
Tovuzda yaşlı kişi qətlə yetirildi
1-07-2026, 09:39
Tovuzda yaşlı kişi qətlə yetirildi
1-07-2026, 09:39
Tovuzda yaşlı kişi qətlə yetirildi
Son xəbərlər
  • 21-03-2026, 21:45
    Vətənpərvərlər Maarifləndirmə İctimai Birliyinin təşəbbüsü ilə iftar süfrəsi təşkil olundu
  • 27-07-2026, 14:38
    Binəqədi–Novxanı yolunda yanğın: FHN əməkdaşları alovla mübarizə aparır
  • 22-07-2026, 22:34
    22 İyul – Milli Mətbuat Günü qeyd olunur
  • 20-07-2026, 13:01
    İspaniyada dünya çempionatındakı qələbənin qeyd olunması zamanı yeniyetmə ölüb
  • 20-07-2026, 12:55
    Qazaxıstan şirkəti Azərbaycanda istiqraz buraxmağa hazırlaşır
  • 20-07-2026, 12:51
    Daşkəsəndə Aqroturizm və Aqrar Biznes Festivalı keçirilib
  • 18-07-2026, 14:31
    Naxçıvanın bir sıra ərazilərində elektrik enerjisi kəsiləcək
  • 16-07-2026, 13:35
    Bu ölkələrə girmək üçün PUL ödəməlisiniz - SİYAHI
  • 14-07-2026, 15:55
    Gədəbəydə odun qırıntılarının daşınması ilə bağlı görüntülər narahatlıq yaradır
  • 14-07-2026, 12:40
    Xalq artisti Aygün Kazımova həmkarı Röya Ayxanın evində qonaq oldu
  • 14-07-2026, 12:38
    Pensiyalar bu tarixdə ödəniləcək
  • 13-07-2026, 21:09
    “Yay Fest 2026”ya start verilib
  • 13-07-2026, 20:42
    Kəlbəcərdə çaya düşən azyaşlının axtarışları davam edir 13.07.2026 [20:12] A+ A-
  • 13-07-2026, 20:37
    İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak etdi
  • 13-07-2026, 17:00
    Ali Məclisin komitə iclasında Naxçıvanın 2025-ci il büdcəsinin icrasına dair qanun layihəsi müzakirəyə çıxarılıb
  • 11-07-2026, 16:43
    İlham Əliyev “Xankəndi” hotelinin açılışında iştirak etdi
  • 7-07-2026, 19:49
    Həkim meyvələrdən maksimum faydalanmağın “göy qurşağı qaydası”nı açıqlayıb
  • 3-07-2026, 18:37
    BMMT ilə Sudan arasında əməkdaşlıq genişləndirilir
  • 2-07-2026, 18:34
    İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul etdi
  • 1-07-2026, 09:49
    Leyla Əliyeva Şəkidə Uşaq evi sosial xidmət müəssisəsinin sakinləri ilə görüşdü
  • 1-07-2026, 09:45
    “Bloomberg”: ABŞ İranla bağlı danışıqlarda əldə olunan nəticələri müsbət qiymətləndirir
  • 1-07-2026, 09:39
    Tovuzda yaşlı kişi qətlə yetirildi
  • 1-07-2026, 09:39
    Tovuzda yaşlı kişi qətlə yetirildi
  • 1-07-2026, 09:39
    Tovuzda yaşlı kişi qətlə yetirildi
  • 26-06-2026, 14:31
    26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür
  • 24-06-2026, 15:34
    Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
  • 7-06-2026, 14:04
    Qızıla bərabər olan tərəvəz
  • 1-06-2026, 15:00
    Vüqar Bayramov: Bakı Enerji Həftəsi Azərbaycanın iqtisadi və enerji potensialını nümayiş etdirir
  • 27-05-2026, 04:16
    Oğuzda qanunsuz ağac kəsən şəxs saxlanılıb
  • 27-05-2026, 04:01
    ABŞ millisinin dünya çempionatı üçün heyəti açıqlandı
  • 27-05-2026, 03:59
    Azərbaycan ilə Bəhreyn arasında regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıldı
  • 26-05-2026, 04:24
    Leyla Əliyeva və Arzu Əliyeva Lənkəranda şəhid ailəsini ziyarət ediblər
  • 26-05-2026, 04:18
    Sahil Babayev: Azərbaycan borclanma siyasətinə görə dünyada ən yaxşı göstəricilərə malik ölkələrdən biridir
  • 26-05-2026, 04:07
    Prezident İlham Əliyevin sosial media hesablarında Qurban bayramı ilə bağlı paylaşım edilib
  • 22-04-2026, 13:53
    Qanunsuz meşə qırıntıları My Beach-ə gedir? Şok iddialar
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: İntizar Əmirova
  • Telefon: (+99455) 429 29 47
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Presedenttv.com-un məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə