Bu gün Azərbaycanda Milli Mətbuat Günü qeyd edilir. Azərbaycan milli mətbuatının əsası 1875-ci il iyulun 22-də görkəmli maarifçi və ziyalı Həsən bəy Zərdabi tərəfindən nəşr olunan "Əkinçi" qəzeti ilə qoyulub.
151 illik şərəfli inkişaf yolu keçən Azərbaycan mətbuatı cəmiyyətin maariflənməsində, milli dəyərlərin qorunmasında, ictimai rəyin formalaşmasında və dövlətçilik ənənələrinin möhkəmləndirilməsində mühüm rol oynayıb. Bu gün də media nümayəndələri operativ, obyektiv və peşəkar informasiya təqdim etmək üçün gecə-gündüz fəaliyyət göstərərək cəmiyyətin düzgün məlumatlandırılmasına xidmət edirlər.
Milli Mətbuat Günü münasibətilə ölkənin bütün jurnalistlərini, redaktorlarını, operatorlarını, fotojurnalistlərini və media sahəsində çalışan hər kəsi təbrik edir, onlara peşə fəaliyyətlərində uğurlar, möhkəm can sağlığı və yeni yaradıcılıq nailiyyətləri arzulayırıq.
Qələmi iti, sözü kəsərli olan bütün media nümayəndələrinin Milli Mətbuat Günü mübarək!