“The Brussels Times” qəzeti “Eurostat”ın məlumatlarına istinadla məlumat yayıb. Keçən il bu rəqəm əvvəlki illə müqayisədə 25,3 faizə çatıb. Ən yüksək göstəricilər bərpaolunan mənbələrin enerji balansında əsas rol oynadığı İsveç, Finlandiya və Danimarkada qeydə alınıb. Ən aşağı göstəricilər isə Lüksemburq, Belçika və Maltada olub. Bu artım külək və Günəş enerjisindən istifadənin genişlənməsi, həmçinin təmiz enerji texnologiyalarının inkişafı ilə əlaqədardır.