Azadlıq metrosu ərazisində fəaliyyət göstərən “Şahinşah” restoranının qarşısında dayanan taksi sürücüsü, Faiq adlı şəxs barəsində narahatedici iddialar yayılıb. Bildirilir ki, həmin şəxs bir qadını şantaj edərək təhdid edir.
Presedenttv.com xəbər verir ki, Faiq adlı sürücü xanıma onunla birlikdə avtomobildə olduqları vaxtlara dair video görüntülərinin olduğunu bildirib və həmin videoları yaymaqla hədələyib. Mənbələr bildirir ki, bu videoların mövcudluğu ilə bağlı real sübut yoxdur və bu, sadəcə şantaj məqsədilə deyilmiş yalan ola bilər.
Şantaj və şəxsi həyat toxunulmazlığına qarşı bu kimi halların araşdırılması və zərərçəkmiş şəxslərin hüquqlarının qorunması üçün hüquq-mühafizə orqanlarının məsələ ilə bağlı araşdırma aparması zəruri hesab olunur.
Zərərçəkmiş şəxslərin təhlükəsizliyini təmin etmək və bu cür halların təkrarlanmaması üçün ictimaiyyətin məlumatlı olması vacibdir.
Xüsusi müxbir: İntizar Əmirova