
BMT-nin Baş katibi Antonio Quterreş Yaxın Şərqdə atəşkəsə və humanitar yardımları bərpa etməyə çağırıb.
Presedenttv.com xəbər verir ki, Baş katib BMT Baş Assambleyanın 81-ci sessiyasının ümumi siyasi müzakirəsi zamanı Yaxın Şərqdə gərginliyin azaldılmasının və dialoqun vacibliyini bildirib.
“Gəlin, bu zaldan birlikdə aydın mesaj göndərək: Yaxın Şərqdə hərbi əməliyyatlara son qoyulmalı, humanitar yardımın maneəsiz çatdırılması təmin edilməli, beynəlxalq hüquqa uyğun olaraq gəmiçiliyin hüquq və azadlıqları tam şəkildə bərpa olunmalıdır”, - deyə o bildirib.