
ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyasındakı çıxışında Beynəlxalq Cinayət Məhkəməsini (ICC) sərt tənqid edib.
Presedenttv.com AZƏRTAC-a istinadla xəbər verir ki, Tramp ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinin fəaliyyətinə qarşı olduğunu bildirib.
“Biz heç vaxt ABŞ hərbçilərinin və ya başqa şəxslərin bizim üzərimizdə yurisdiksiyası olmayan anti-Amerika tribunalı tərəfindən istintaqa cəlb edilməsinə və ya nümayiş xarakterli məhkəmələrə çıxarılmasına imkan verməyəcəyik”, – deyə ABŞ Prezidenti bildirib.
Tramp məhkəməni nəzarətdən çıxmış və qanunsuz fəaliyyət göstərən institut adlandıraraq məhkəməyə üzv olan bütün ölkələri qurumdan rəsmən çıxmağa çağırıb.