
ABŞ-nin maliyyə naziri Skott Bessent İrandan gələn təhdidlər səbəbindən Vaşinqtondakı evindən hərbi bazaya köçüb.
Presedenttv.com xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, son həftələrdə ABŞ rəsmiləri İranın hazırkı və keçmiş amerikalı vəzifəli şəxslərə qarşı sui-qəsd hazırlıqlarının daha ciddi mərhələyə keçdiyi qənaətinə gəliblər.
Bessent avqust ayından etibarən İranı maliyyə baxımından təcrid etməyə yönəlmiş iqtisadi təzyiq kampaniyasına rəhbərlik edir. Bu fəaliyyət onun Tehran üçün əsas hədəflərdən birinə çevrilməsinə səbəb olub.
ABŞ Maliyyə Nazirliyinin nümayəndəsi isə Bessentin İranın təhdidlərindən çəkinməyəcəyini və Tehrana iqtisadi təzyiq siyasətini davam etdirəcəyini bildirib.