PresedentTv.com evronewsa istinadən xəbər verir ki, Xarkov şəhər merinin sözlərinə görə, hücum kaset başlıqlı ballistik raketlərlə həyata keçirilib. Mərmilər şəxsi və yaşayış binalarına düşüb.
Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti cümə günü səhər saatlarında Ukraynanın ikinci böyük şəhəri Xarkova raket zərbəsi endirməsi nəticəsində bir nəfər ölüb, ən azı 98 nəfər yaralanıb.
"17 nəfər şəhər xəstəxanalarına yerləşdirilib. Həkim nəzarətində olanlar arasında 4 yaşlı qız, 1 yaşlı oğlan və 14 yaşlı qız da var. Hazırda zərərçəkənlərdən üçünün vəziyyəti ağırdır", - Xarkov Vilayət Administrasiyasının rəhbəri Oleq Sinegubov öz Telegram kanalında yazıb.
Atışma zamanı mənzilində olan 79 yaşlı kişi həlak olub.