• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Dövlət İdarəçilik Akademiyasında Milli Qurtuluş Gününə həsr olunmuş elmi-praktik konfrans keçirildi

Gündəm

14-06-2025, 20:47

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA)15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş elmi-praktik konfrans keçirilib.
Bu barədə Presedenttv.com-a DİA-dan məlumat verilib.
Bildirilib ki, Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov Azərbaycan dövlətçiliyinin banisi, Ümummilli Lider Heydər Əliyevin tariximizdəki əvəzsiz rolunu xüsusi vurğulayıb. O, 1993-cü ildə xalqın iradəsi ilə yenidən siyasi hakimiyyətə qayıdan Heydər Əliyevin ölkəni parçalanma və vətəndaş qarşıdurmasından xilas etdiyini, bununla da 15 iyunun tariximizə Milli Qurtuluş Günü kimi daxil olduğunu xatırladıb. Rektor, həmçinin qeyd edib ki, Ümummilli Liderin müəyyən etdiyi strateji siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və nəticədə Azərbaycan davamlı və dinamik inkişaf yolundadır.
Urxan Ələkbərov əlavə edib ki, Heydər Əliyevin əsasını qoyduğu idarəetmə texnologiyaları bu gün Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə təkmilləşdirilərək tətbiq edilir və bu istiqamətdə mühüm nailiyyətlər əldə olunub. O, həmçinin müasir Azərbaycanın inkişafında Birinci vitse-prezident Mehriban Əliyevanın mühüm rolunu qeyd edərək, onun fəaliyyətinin ölkənin tərəqqisinə mühüm töhfələr verdiyini vurğulayıb.
Rektor bildirib ki, Dövlət İdarəçilik Akademiyasında Prezident İlham Əliyevin həyata keçirdiyi idarəetmə texnologiyaları və idarəçiliyin əsas prinsipləri bakalavr, magistratura və ixtisasartırma pillələrində təhsil alan tələbələrə, eləcə də müxtəlif dövlət qurumlarının əməkdaşlarına keçirilən təlim və seminarlar vasitəsilə ətraflı şəkildə izah olunur. Akademiya təsis edilən vaxtdan burada “Heydər Əliyevin milli ləyaqət fəlsəfəsi”, “Heydər Əliyevin dövlət idarəçiliyi təcrübəsi” kimi fənlər tədris edilməyə başlanmışdır. Sonralar, “Heydər Əliyev irsinin politoloji aspektləri” adlı fənn bütün ixtisasların tədris proqramlarının fənləri sırasına daxil edilmişdir.
Elmi-praktik konfransda çıxış edən Milli Məclisin deputatı, Dövlət qulluğu və kadr siyasəti kafedrasının dosenti Aydın Mirzəzadə öz çıxışında Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlişi və Azərbaycan dövlətçiliyinin qorunmasında oynadığı mühüm roldan bəhs edib.
O, eyni zamanda müəllifi olduğu “Heydər Əliyev siyasi irsinin politoloji aspektləri” adlı dərslikdə Ümummilli Liderin həyat və fəaliyyətinin, eləcə də nəzəri baxışlarının bir elmi sistem kimi tədqiq edildiyini vurğulayıb. Dərslikdə Heydər Əliyev irsinin formalaşmasının tarixi-siyasi səbəbləri araşdırılır, onun siyasi fəaliyyətinin politologiya elminin inkişafına verdiyi töhfələr əsaslandırılır. Çıxış zamanı qeyd olunub ki, kitabda, həmçinin Ümummilli Liderin siyasi baxışlarının predmeti, əsas kateqoriyaları və nəzəri mənbələri elmi şəkildə təhlil olunur, bu baxışların arxasında duran qanunauyğunluqlar göstərilir. Heydər Əliyevin çalışdığı bütün sahələrdə tətbiq etdiyi idarəçilik metodologiyası sistemləşdirilir və ümumiləşdirilmiş prinsiplər halında təqdim olunur.
A. Mirzəzadə diqqətə çatdırıb ki, Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin apardığı konseptual daxili və xarici siyasət gələcək nəsillər üçün strateji yol göstəricisi kimi çıxış edir – Azərbaycanın dövlət müstəqilliyinin qorunmasına, cəmiyyətin dayanıqlı inkişafına və müasir çağırışların effektiv həlli üçün əhəmiyyətlidir.
Daha sonra Hüquq kafedrasının dosenti, hüquq elmləri üzrə fəlsəfə doktoru Fəxrəddin Nağıyev çıxış edib. O, Ümummilli Lider Heydər Əliyevin Naxçıvana gəlişi, oradakı fəaliyyəti, daha sonra Azərbaycan Respublikasının Prezidenti kimi apardığı fəaliyyət haqqında danışıb. Eyni zamanda, Ümummilli Lider Heydər Əliyevin ölkəmizdə hüquqi dövlət quruculuğu sahəsindəki müstəsna xidmətlərindən bəhs edib.
Fəlsəfə kafedrasının müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru Hüseyn İbrahimov çıxışında Ulu Öndər Heydər Əliyevin gənclər siyasətinə xüsusilə toxunub, bu sahədə aparılan işlər və hazırkı vəziyyət haqqında qeydlər edib.
Sonda gənclərin sualları cavablandırılıb

Paylaş:
Digər xəbərlər

Gündəm

12-12-2024, 10:51

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət etdilər

Gündəm / Siyasət

16-06-2025, 00:00

İlham Əliyev Fələstinin ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Gündəm

7-02-2025, 19:13

Sahil Babayevi kollektivə o TƏQDİM ETDİ

Gündəm

19-01-2025, 08:30

Tariximizin qəhrəmanlıq səhifəsi - 20 Yanvar

Mədəniyyət

18-05-2025, 13:56

18 May - Beynəlxalq Muzeylər Günüdür

Araşdırma
ŞƏKİ YAYLASINDA ACINACAQLI VƏZİYYƏT: TURİSTİN TƏHLÜKƏSİ KİMİN MƏSULİYYƏTİNDƏDİR?
Bakıya “yağış yağan” avtobuslar gətirilib
Azərbaycanın bu kəndində 150 min adam yaşayır
Güzdəkdə daş karxanası: təhlükəsizlik qaydaları niyə gözardı edilir?
Tarkanı dinləmək üçün 18 min manat ödəyəcəklər
Xərçəngə qarşı vaksin hazırlanır: İlk sınaq uğurlu oldu
Hadisə
Dün, 10:30
Türk bayrağına tüpürən turistə bu cəza veriləcək
8-09-2026, 23:11
Bakıda restorana məxsus transformator yanır
5-09-2026, 19:00
Narkotikin təsiri altında maşın sürən şəxs həbs edilib
4-09-2026, 20:30
Məşhur klinikanın 76 yaşlı rəhbərinin Azərbaycandan çıxışına QADAĞA
4-09-2026, 17:45
Azərbaycandan İrana bir maşın pivə və araq daşıyan TUTULDU: toya aparırmış...
4-09-2026, 12:30
Rusiya onları Azərbaycana təhvil verdi
Son xəbərlər
  • 21-03-2026, 21:45
    Vətənpərvərlər Maarifləndirmə İctimai Birliyinin təşəbbüsü ilə iftar süfrəsi təşkil olundu
  • Dün, 19:30
    Türkdilli dövlətlərin Vəkillər kollegiyaları arasında əməkdaşlıq genişləndirilir
  • Dün, 18:00
    Sabahdan Xocasən qəsəbəsinin Elçin Əzizov küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
  • Dün, 15:00
    Türkiyənin xarici işlər naziri Suriyaya səfərə gedib YENİLƏNİB
  • Dün, 14:00
    İstanbul aeroportunda yeni uçuş-enmə zolağı istifadəyə veriləcək
  • Dün, 14:00
    AMEA-da Pakistan ədəbiyyatı üzrə yeni tədqiqatlar aparılır
  • Dün, 13:00
    Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb
  • Dün, 10:30
    Türk bayrağına tüpürən turistə bu cəza veriləcək
  • Dün, 10:00
    Hörmüz boğazında İrana məxsus mülki gəmi vurulub
  • Dün, 09:00
    İndoneziyada göyərtəsində 243 nəfərin olduğu gəmi ilə əlaqə kəsilib
  • Dün, 08:30
    WSJ: Kanada Aİ-nin assosiativ üzvü olmaq istəyir
  • Dün, 07:30
    Kuşner qarşıdakı həftələrdə Ukrayna ilə bağlı yeni addımların atılacağına ümid edir
  • 12-09-2026, 22:00
    Azərbaycan Premyer Liqasında V turun növbəti oyunları keçirilib
  • 12-09-2026, 20:00
    Çingiz Hüseynzadə İslam Həmrəyliyi İdman Assosiasiyasının Baş Assambleyasında təltif olunub
  • 12-09-2026, 17:30
    Yunanıstan Aİ-də adambaşına düşən sığınacaq müraciətlərinin sayına görə birinci olub
  • 12-09-2026, 16:20
    Xorvatiyada 192 mindən çox vətəndaşın bank hesabı borca görə bloklanıb
  • 12-09-2026, 16:00
    Afina və Buxarest arasında enerji bağlantıları gücləndirilir
  • 12-09-2026, 15:10
    Süni intellekt “Navye-Stoks bərabərliyi” tənliyini həll edib, amma riyaziyyatçılar narahatdır
  • 12-09-2026, 15:00
    İraq hökuməti Səudiyyə Ərəbistanına hücumlarla bağlı araşdırma aparır
  • 12-09-2026, 14:30
    Fəxriyyə Xələfova: “Sıfır tullantı” Azərbaycan moda sənayesi üçün real və davamlı iqtisadi modelə çevrilə bilər
  • 12-09-2026, 14:10
    Suriyada həbsxanada yanğın nəticəsində 7 məhbus həlak olub
  • 12-09-2026, 14:10
    Rumıniya bütün ölkə ərazisini əhatə edən genişmiqyaslı hərbi təlim keçirəcək
  • 12-09-2026, 14:00
    Bakıda gənc rəssamın sərgisi açılıb
  • 12-09-2026, 13:20
    BOKT vəsaitlərinin aidiyyəti şəxslərə yönəldilməsinin qarşısının alınması nəzərdə tutulur
  • 12-09-2026, 12:30
    Azərbaycan neftinin qiyməti 120 dolları ötüb
  • 12-09-2026, 12:10
    16 yaşadək Azərbaycan basketbol millisi Türkiyədə ikinci yeri tutub
  • 12-09-2026, 10:30
    Fransada yanacaq bahalaşır: “Sarı jiletlilər” yenidən küçələrə çağırılır
  • 11-09-2026, 23:18
    Səudiyyə Ərəbistanı Şərq-Qərb neft kəmərində əməliyyatları dayandırıb
  • 11-09-2026, 23:00
    “Fənərbağça” rəhbərliyi baş məşqçinin istefasını qəbul etməyib
  • 11-09-2026, 23:00
    “Fox News”: ABŞ qüvvələri İranla gərginlik fonunda gecə əməliyyatlarına hazırlaşır
  • 11-09-2026, 21:00
    Fransada inflyasiyanın ilin sonuna yaxın 3 faizə çatacağı gözlənilir
  • 11-09-2026, 20:30
    “Uzak şehir”də rol alacaq - Foto
  • 11-09-2026, 20:00
    Bu yollarda hərəkət məhdudlaşdırılacaq
  • 11-09-2026, 19:30
    Kraldan sonra Norveç şahzadəsi də öldü
  • 11-09-2026, 19:30
    ABŞ-də 11 sentyabr terror aktlarının 25-ci ildönümü qeyd olunur
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: İntizar Əmirova
  • Telefon: (+99455) 429 29 47
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Presedenttv.com-un məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə