• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

18 May - Beynəlxalq Muzeylər Günüdür

Mədəniyyət

18-05-2025, 13:56

Hər il mayın 18-i dünya ölkələrində Beynəlxalq Muzeylər Günü kimi geniş qeyd edilir.
Presedenttv.com xəbər verir ki, Beynəlxalq Muzeylər Şurası (ICOM) tərəfindən xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək məqsədilə təsis olunmuş bu bayram hər il müxtəlif deviz altında keçirilir. Bu il Beynəlxalq Muzeylər Günü üçün “Sürətlə dəyişən icmalarda muzeylərin gələcəyi” devizi seçilib.
Beynəlxalq Muzeylər Günü ICOM-un təşəbbüsü ilə 1977-ci ildə təsis edilib. Bu günün məqsədi muzeylərin cəmiyyətin həyatında nə dərəcədə mühüm rol oynadığını göstərməkdir.
Bu bayram qədim tarixə və zəngin mədəniyyətə malik Azərbaycanda da geniş miqyasda qeyd edilir.
Eramızdan əvvəl XVI əsrdə Krit, XIII-XII əsrlərdə Çin, III əsrdə Qədim Roma və Yunanıstanda estetik dəyərə malik əşyaların, əsərlərin, sənədlərin saxlandığı məkanların müasir muzeylərin sələfləri hesab olunduğunu nəzərə alaraq, ölkəmizin ərazisində qurulmuş Atropatena və Albaniya dövlətləri hökmdarlarının saraylarını da belə yerlər kimi qeyd etmək yerinə düşər. Erkən və orta əsrlərdə isə Azərbaycanda hakim sülalələr tərəfindən kolleksiyaçılıq ənənələrinə maraq güclənib, qiymətli əşyalar xəzinələrdə, saray kitabxanalarında mühafizə edilib.
Azərbaycanın ictimai-siyasi, mədəni həyatında XIX əsrin ikinci yarısından etibarən sürətlə cərəyan edən proseslər muzey işinin təşkilinə təkan verib. İlk belə muzeylərdən biri görkəmli ədib Cəlil Məmmədquluzadənin təşəbbüsü və yaxından iştirakı ilə XIX əsrin sonlarında Naxçıvanın Nehrəm kənd məktəbində təşkil olunub.Ötən əsrin əvvəllərində isə Bakıda, xalq məktəbləri müdiriyyəti nəzdində pedaqoji, həmçinin Ümumrusiya Texniki Cəmiyyətinin Bakı şöbəsi nəzdində qapalı muzeylər yaradılıb. Lakin Nehrəm kəndindəki muzey istisna olmaqla, adları qeyd edilən məkanlar çarizmin mənafeyinə uyğun fəaliyyət göstərib. Təsadüfi deyil ki, Azərbaycanda aşkar edilən qiymətli arxeoloji əşyalar Tiflis, Moskva, Peterburq muzeylərinə göndərilib. Azərbaycanda dövlət səviyyəsində 1919-cu ildə - Xalq Cümhuriyyətinin dövründə təməli qoyulmuş ilk milli muzey 1920-ci ildən Azərbaycan Dövlət Muzeyi kimi fəaliyyət göstərib.

Sovet hakimiyyətinin ilk illərində Hacı Zeynalabdin Tağıyev, Murtuza Muxtarov, Musa Nağıyev kimi Bakı milyonçularından müsadirə edilmiş qiymətli sənət əsərləri bu muzeyin eksponatları olub. H.Z.Tağıyevin mülkündə yerləşən Milli Azərbaycan Tarix Muzeyinin binasının özü də tariximizdən xəbər verən daş abidə kimi qiymətlidir. Ona görə də bu yerə bəzən “Muzey içində muzey” də deyirlər.
Ötən əsrin 30-cu illərindən etibarən bir-birinin ardınca mahiyyətinə görə müxtəlif təmayüllü - dövlət, memorial, səyyar, ədəbiyyat, incəsənət, tarix, musiqi, qoruq, teatr muzeyləri yaradılıb. Sonrakı illərdə Azərbaycanda yeni muzeylər fəaliyyətə başlayıb.
Canlı muzey olan və bu gün düşməndən azad edilən Şuşada 8 muzey fəaliyyət göstərib. Dövlət Qarabağ Tarixi Muzeyi, dahi bəstəkar Üzeyir Hacıbəylinin ev, vokal sənətimizin banisi Bülbülün memorial, görkəmli musiqiçi və rəssam Mir Möhsün Nəvvabın xatirə muzeyləri, Azərbaycan Xalça Muzeyinin Şuşa filialı, görkəmli musiqiçi Qurban Pirimovun Ağdam rayonundakı xatirə, Qubadlı, Zəngilan, Cəbrayıl, Ağdam, Füzuli, Xocalı rayonlarının tarix-diyarşünaslıq muzeyləri tamamilə qarət edilib.
Azərbaycanda milli-mənəvi dəyərlərimizə, o cümlədən muzey işinə daim dövlət qayğısı olub. Ölkəmizdə muzey işinin inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Xalqımızın milli tarixi və mədəni irsinin qorunmasında muzeylərin dəyərini dərindən və həssaslıqla duyan Ulu Öndər respublikada müvafiq şəbəkənin genişləndirilməsini, onun maddi-texniki bazasının gücləndirilməsini daim diqqətdə saxlayıb. Azərbaycan mədəniyyətinin Üzeyir Hacıbəyli, Hüseyn Cavid, Cəlil Məmmədquluzadə, Məmməd Səid Ordubadi, Cəfər Cabbarlı, Bülbül, Səməd Vurğun, Niyazi və digər nəhəng simalarının memorial-xatirə, mənzil, bölgələrdə tarix-diyarşünaslıq muzeyləri məhz Ulu Öndər Heydər Əliyevin şəxsi təşəbbüsü sayəsində yaradılıb.
Dahi rəhbərimizin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra digər sahələrlə yanaşı, muzey işi də öz inkişafının yeni mərhələsinə qədəm qoyub. Ulu Öndərin təşəbbüsü ilə 1993-cü ildə Nazirlər Kabinetində muzey işçilərinin respublika müşavirəsi keçirilib, 1994-cü ildə isə bu müşavirənin materialları əsasında “Respublikada muzey işinin vəziyyəti və onun yaxşılaşdırılması haqqında” qərar qəbul edilib. 2000-ci il martın 24-də qüvvəyə minmiş “Muzeylər haqqında” Azərbaycan Respublikasının Qanunu ölkəmizdə muzeylərin fəaliyyətinin təşkilati-hüquqi əsaslarını və müvafiq münasibətləri tənzimləyir. Bu sənədə əsasən muzey - maddi mədəniyyət abidələrinin komplektləşdirilməsi, mühafizəsi, öyrənilməsi, kütləvi nümayişinin və təbliğinin həyata keçirildiyi mədəniyyət, elmi-tədqiqat müəssisəsidir.Ümummilli Lider tərəfindən muzey işinin inkişafı üzrə müəyyən edilmiş prioritetlər bu gün Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında fəaliyyət göstərən Heydər Əliyev Fondu tərəfindən uğurla davam etdirilir.
Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük zəhməti sayəsində “Şirvanşahlar Sarayı Kompleksi”, Qız qalası və Qobustan Milli Tarix-Bədii Qoruğu, “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib. Fondun həyata keçirdiyi müxtəlif layihələr çərçivəsində Qarabağ muzeyləri haqqında məlumatlar mötəbər beynəlxalq təşkilatlara çatdırılır.
Azərbaycan dövlətinin uğurlu mədəniyyət siyasəti nəticəsində son illər muzeylərimizin dünyanın nüfuzlu muzeyləri ilə əlaqələri genişlənib, bu sahədə beynəlxalq əməkdaşlıq sahəsində yeni nailiyyətlər əldə edilib.
Ümummilli Liderimizin siyasi irsinin öyrənilməsi, azərbaycançılıq məfkurəsinin formalaşdırılaraq inkişaf etdirilməsi məqsədilə yaradılan Heydər Əliyev muzeyləri isə respublikada muzey şəbəkəsinin genişləndirilməsi sahəsində mühüm hadisə kimi qiymətləndirilməlidir.
Hazırda ölkəmizdə fəaliyyət göstərən muzeylər və onların ekspozisiyaları azərbaycançılıq məfkurəsini uğurla təbliğ edirlər.
Qeyd edək ki, hər il olduğu kimi bu il də 18 May – Beynəlxalq Muzeylər Günü ilə əlaqədar həftə ərzində muzeylərimizdə silsilə tədbirlər keçirilir. Bu tədbirlərin bir çoxu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Mirzə Qədim İrəvaninin 200 illiyi haqqında Sərəncamına müvafiq olaraq görkəmli rəssama həsr edilib.

Paylaş:
Digər xəbərlər

Gündəm

10-11-2024, 10:47

Noyabrda iş və istirahət günlərinin yerləri dəyişdirilib, 6 gün ardıcıl qeyri-iş günü olacaq

Gündəm

23-02-2025, 13:00

İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidentini qəbul etdi

Siyasət / İqtisadiyyat

3-04-2025, 08:37

Donald Tramp bütün dünyaya ticarət müharibəsi elan edib: 183 ölkə və Aİ-yə qarşı tariflər tətbiq edildi.

Dünya

5-03-2025, 23:00

Mehmet Nuri Ersoy: Türkiyə bu il 65 milyon turist hədəfinə çatmaqda qərarlıdır

Cəmiyyət / Mədəniyyət

8-03-2025, 20:49

Bakı Kitab Mərkəzində Beynəlxalq Qadınlar Günü münasibətilə musiqili poeziya gecəsi keçirildi

Araşdırma
280 SAYLI MƏKTƏBDƏ NƏ BAŞ VERİR? 5-Cİ SİNİF ŞAGİRDİ İKİ HƏFTƏDƏN ÇOXDUR DƏRSDƏN KƏNARDA QALIB!
Tarixçi-alim: Albanlar Qafqaz regionunun yerli əhalisi olub
ŞƏKİ YAYLASINDA ACINACAQLI VƏZİYYƏT: TURİSTİN TƏHLÜKƏSİ KİMİN MƏSULİYYƏTİNDƏDİR?
Bakıya “yağış yağan” avtobuslar gətirilib
Azərbaycanın bu kəndində 150 min adam yaşayır
Güzdəkdə daş karxanası: təhlükəsizlik qaydaları niyə gözardı edilir?
Hadisə
1-11-2026, 22:00
Məşhur rejissor səhvən özünü güllələdi
31-10-2026, 14:30
Bərdədə yeniyetmə ağır qəza törətdi
19-10-2026, 19:00
Qazaxda 35 yaşlı kişini ildırım vurub
8-10-2026, 11:00
Nigar Fərhadın həyat yoldaşı başqa təcridxanaya köçürüldü
1-10-2026, 15:15
Gömrükdə bəyan edilməyən külli miqdarda kosmetik vasitə aşkarlandı
26-09-2026, 13:10
Qaradağda vulkan püskürməsi 10 dəqiqə davam edib
Son xəbərlər
  • 21-03-2026, 21:45
    Vətənpərvərlər Maarifləndirmə İctimai Birliyinin təşəbbüsü ilə iftar süfrəsi təşkil olundu
  • Dün, 21:00
    Fransada etirazların yeni dalğası: 7 noyabr aksiyaları gücləndirilmiş təhlükəsizlik tədbirləri şəraitində keçirilir
  • Dün, 17:10
    Fransada təhsil işçiləri və tələbələr noyabrın 10-da yenidən küçələrə çıxacaq
  • Dün, 14:30
    Oryol və Saratova hava hücumları nəticəsində müəssisələrə və yaşayış binalarına ziyan dəyib
  • Dün, 13:30
    Qazaxıstanın TRIPP layihəsinə qoşulması Azərbaycanın regional nəqliyyat-logistika strategiyası üçün yeni imkanlar yaradır
  • Dün, 13:30
    Azərbaycan gimnastları dünya çempionatında gümüş medal qazanıblar
  • Dün, 13:10
    Premyer Liqa: “Şəfa" bu gün Sumqayıtda "Araz-Naxçıvan"la üz-üzə gələcək
  • Dün, 08:20
    Trampı öldürməklə hədələyən qanunsuz immiqrant Ağ Evin yaxınlığında saxlanılıb
  • Dün, 07:30
    NYT: Yeni aparat rəhbəri Trampı İranla müharibəni dayandırmağa çağırıb
  • Dün, 07:00
    “Politico”: ABŞ-nin NATO müttəfiqləri Avropanın təhlükəsizlik planlarından xəbərsiz olublar
  • Dün, 06:00
    Roma Papası XIV Leo Cənubi Amerikanın üç ölkəsinə səfərə başlayıb
  • Dün, 05:00
    Tramp Ağ Evin aparat rəhbərini dəyişir
  • Dün, 04:30
    Fransada etirazlar zamanı 70 min polis və jandarm xidmətə cəlb ediləcək
  • 6-11-2026, 22:20
    Neftçi” “Kəpəz”ə qalib gəlib
  • 6-11-2026, 20:50
    “Turan Tovuz” səfərdə “Qarabağ”ı məğlub edib
  • 6-11-2026, 19:00
    Qadın voleybolçular arasında Azərbaycan Superliqasında yeni mövsüm start götürüb
  • 6-11-2026, 18:52
    Fransada hökumət etirazçıların tələblərini nəzərə almaq məcburiyyətində qalıb, aksiyaların isə davam edəcəyi bildirilib
  • 6-11-2026, 17:30
    Gimnastikanın tamblinq növü üzrə Azərbaycan millisi üçqat dünya çempionu olub
  • 6-11-2026, 17:20
    AFFA rəsmiləri UEFA-nın illik konfransında iştirak ediblər
  • 6-11-2026, 15:00
    Britaniyada iş elanlarında maaşın göstərilməsi məcburi olacaq
  • 6-11-2026, 14:00
    2027-ci ildə cəmi güzəşt və azadolmaların məbləğinin proqnozlaşdırılan ÜDM-in 5,4 faizinə çatması gözlənilir
  • 6-11-2026, 13:30
    Taksi sürücüləri üçün gəlirə əsaslanan yeni vergi modeli tətbiq olunacaq
  • 6-11-2026, 13:20
    Lotereya və mərc oyunlarına 22 faizlik alternativ vergi rejimi tətbiq ediləcək
  • 6-11-2026, 13:06
    ® “Leobank” “Felis 2026”da qızıl mükafat qazanıb
  • 6-11-2026, 06:30
    Sudan sərhədində atışmada iki Misir hərbçisi həlak olub
  • 6-11-2026, 06:00
    “The Economist”: Ukrayna demoqrafik böhranla üzləşir
  • 6-11-2026, 05:30
    Livanda İsrailin hücumları nəticəsində ölənlərin sayı 4390 nəfərə çatıb
  • 6-11-2026, 05:00
    Türkiyə parlamenti Məkkə Birgə Müdafiə Sazişini təsdiq edib
  • 5-11-2026, 18:00
    Azərbaycanın futzal millisi Çexiya ilə heç-heçə edib
  • 5-11-2026, 18:00
    İngiltərə Bankı üç ildən çox müddətdə ilk dəfə faiz dərəcəsini artırıb
  • 5-11-2026, 17:40
    "Mənşə sertifikatı” alt modulundan istifadəyə dair maarifləndirici görüş olub
  • 5-11-2026, 17:30
    Portuqaliya Futbol Federasiyası Ronaldunun şərəfinə vida mərasimi təşkil edəcək
  • 5-11-2026, 17:10
    Hakimə hücum edən futbolçu bir il müddətinə diskvalifikasiya olunub
  • 5-11-2026, 16:30
    “Barselona” Rafinya ilə yeni müqavilə imzalayıb
  • 5-11-2026, 15:30
    “KLM” aviaşirkəti əməkdaşlarının sayını 15 faiz azaldır
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: İntizar Əmirova
  • Telefon: (+99455) 429 29 47
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Presedenttv.com-un məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə