
Rusiyanın Oryol və Saratov vilayətlərində gecə saatlarında edilən hava hücumları nəticəsində sənaye və anbar obyektlərinə, eləcə də yaşayış binalarına ziyan dəyib.
Presedenttv.com xəbər verir ki, Oryol vilayətinin qubernatoru Andrey Klıçkovun məlumatına görə, gecə ərzində bölgə üzərində üç raket və iki dron məhv edilib.
O əlavə edib ki, hücum nəticəsində Oryol vilayətindəki ticarət müəssisələrinin anbarlarına və sənaye obyektlərinə, eləcə də bölgənin digər rayonlarında yerləşən üç fərdi evə qismən ziyan dəyib.
Baş verən yanğın söndürülüb. İlkin məlumatlara görə, itki yoxdur.
Saratov vilayətinin qubernatoru Roman Busarqin bildirib ki, bu vilayətdə dron hücumu nəticəsində bir neçə yaşayış binasına ziyan dəyib; itki yoxdur.
Zədələnmiş binaların sakinlərinə kömək göstərmək üçün Saratovdakı Zavodskoy rayonu administrasiyasında təcili yardım mərkəzi yaradılıb. Vətəndaş sorğuları üçün qaynar xətt də fəaliyyət göstərir.