
Martın 2-də hərbi eskalasiyanın başlanmasından bəri İsrailin hücumları nəticəsində Livanda 4390 nəfər həlak olub, 12 min 429 nəfər yaralanıb.
Presedenttv.com xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, noyabrın əvvəlində İsrail qüvvələrinin əməliyyatlar apardığı ölkənin cənubunda azı üç livanlı öldürülüb.
Bildirilib ki, İsrailin pilotsuz uçuş aparatları Nəbatiyyə bölgəsinin Zutar əl-Ğarbiya və Zutar əl-Şərqiyyə ərazilərinə zərbələr endirib. Artilleriya atəşi isə Kfar Tibnit və əl-Xiyam şəhərlərinin ətrafını hədəfə alıb.
Hücumların nəticələri barədə hələlik rəsmi məlumat verilməyib.