
ABŞ Məxfi Xidmətinin əməkdaşları Prezident Donald Trampı öldürməklə hədələyən Venesuela vətəndaşını Ağ Evin yaxınlığında saxlayıblar.
Presedenttv.com xəbər verir ki, bu barədə “Fox News” telekanalı ABŞ Daxili Təhlükəsizlik Departamentinə istinadla məlumat yayıb.
Hadisə noyabrın 5-də axşam saatlarında baş verib. Məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəli şəxsi Konstitusiya prospektində avtomobilində olarkən saxlayıblar.
Agentlər avtomobilə yaxınlaşanda kişi beynindəki səslərin ona Vaşinqtona gedib Amerika Prezidentini öldürməyi əmr etdiyini bildirib.
Telekanalın məlumatına görə, avtomobildə odlu silah və sursat da aşkarlanıb.