
Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan yeni təyinat alıb.
Presedenttv.com xəbər verir ki, o, UEFA Millətlər Liqasının C Divizionunun 3-cü qrupunda keçiriləcək Qazaxıstan–Moldova matçının hakim-inspektoru olacaq.
B.Quliyev həmin qarşılaşmada Rumıniyadan olan hakimlər briqadasının işinə qiymət verəcək.
Qeyd edək ki, qarşılaşma oktyabrın 2-də Astana şəhərində yerləşən eyniadlı stadionda keçiriləcək.