
Qırğızıstanda ümumi meşə sahəsi 1993-cü ildən indiyədək 506,3 min hektar artaraq 1 milyon 273 min hektara çatıb.
Presedenttv.com Kabar informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Qırğızıstanın Təbii Sərvətlər, Ekologiya və Texniki Nəzarət Nazirliyi məlumat yayıb. Bildirilib ki, 1993-cü ildə ölkədə meşə sahəsi 767 min hektar olub. Hazırda dövlət meşə fondunun ümumi ərazisi 2,54 milyon hektardır.
Məlumata görə, ölkədə meşələrin mühafizəsi və idarə olunması 40 meşə təsərrüfatı müəssisəsi, ovçuluq müəssisəsi və meşə mühafizə stansiyası tərəfindən həyata keçirilir. Qırğızıstan meşələri əsasən ladin, ardıc və qoz-meyvə meşələrindən ibarətdir.
Nazirlik qeyd edib ki, bu meşələr ölkənin biomüxtəlifliyinin qorunmasında mühüm rol oynayır.