Bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze müxalifət siyasətçilərinin “dövlətin dinc yolla devrilməsi” ilə bağlı bəyanatlarını şərh edərkən söyləyib.
Qeyd edək ki, “Rustaveli prospekti hərəkatı”nın lideri Paata Burçuladze oktyabrın 4-nü - yerli hakimiyyət orqanlarına seçkilər gününü “tarixi qələbə və hökumətin dinc yolla devrilməsi günü” elan edib. Müxalifət Burçuladzenin ideyasını dəstəkləsə də, tarix haqqında danışmağın yersiz olduğunu bəyan edib.
Gürcüstan hökumətinin başçısı isə deyib ki, heç kimə dövləti devirməyə imkan verilməyəcək. “Biz bu illər ərzində cəmiyyətə söz vermişik ki, heç kimə bunu etməyə imkan verməyəcəyik və sözümüzü tutmuşuq, indi də söz veririk və bu sözə mütləq əməl edəcəyik”, – deyə Kobaxidze vurğulayıb.