
Bu gün Azərbaycan xalqı tarixinin ən şanlı səhifələrindən birini – 8 Noyabr Zəfər Gününü böyük qürur və ehtiramla qeyd edir.
44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbə xalqımızın birliyinin, Ordumuzun gücünün, əsgər və zabitlərimizin qəhrəmanlığının təntənəsidir.
Bu Zəfər bizə asan başa gəlmədi. Vətən torpaqlarının azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq. Qazilərimizin fədakarlığı, igid oğullarımızın mərdliyi heç vaxt unudulmayacaq.
8 Noyabr sadəcə təqvimdə bir gün deyil. Bu tarix milli qürurumuzun, dövlətimizin gücünün və xalqımızın yenilməz iradəsinin rəmzidir.
Zəfərimiz mübarək, Azərbaycan!