8 Noyabr — Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri, xalqımızın 30 illik həsrətinə son qoyulan gündür. 2020-ci il noyabrın 8-də Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şuşa şəhərini işğaldan azad edərək, 44 günlük Vətən müharibəsinə möhtəşəm Zəfərlə nöqtə qoydu.
Bu Zəfər təkcə Azərbaycan üçün deyil, bütün Türk dünyası və region üçün mühüm əhəmiyyətə malik oldu. Azərbaycan əsgəri öz qanı və canı bahasına, işğalda olan torpaqları azad edərək, ərazi bütövlüyümüzü bərpa etdi.
Zəfər Günü – şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı və xalqımızın birliyi ilə qazanılıb. Bu gün respublikanın bütün bölgələrində Zəfər paradları, tədbirlər, anım mərasimləri keçirilir. Xalqımız azad Şuşanın və Qarabağın havası ilə nəfəs alır.
Zəfər Günü münasibətilə bütün Azərbaycan xalqını təbrik edirik!
Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!