Bu barədə prokurorlar komandası bazar ertəsi məlumat yayıb.
“O Se Hun broker vasitəsilə ictimai rəy sorğusu keçirməkdə və sorğu üçün üçüncü tərəfin pul ödəməsində ittiham olunur”, - deyə “Reuters” agentliyi yazır.
Əsas müxalifət olan Xalq Hakimiyyəti Partiyasının (XHP) sözçüsü Se Hun brokerlə bağlı ittihamları rədd edərək, istintaqın siyasi motivli olduğunu iddia edib.
“Bu, əsassız, uydurma bir ittihamdır və heç bir etibarlı dəlillə dəstəklənmir. Bu ittiham bəraət qazanmağa məhkumdur”, - deyə O. S. Hun açıqlamasında deyib.