Bu barədə Qətər Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdurrahman Al Tani ilə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti Kaja Kallas arasında Doha Forumu çərçivəsində keçirilən görüşdən sonra elan edilib.
Bu addım gələcəkdə əməkdaşlığın genişlənməsi üçün mühüm yolun göstəricisidir və ikitərəfli əlaqələrin vacib mərhələsini təşkil edir. Eyni zamanda, Qətər və Avropa İttifaqı arasındakı güclü tərəfdaşlığı əks etdirir və hər iki tərəfə qarşılıqlı olaraq əməkdaşlığı genişləndirmək və dərinləşdirmək üçün imkanlar verir.