Komissiyanın ilkin mövqeyinə görə, “Meta”nın bu addımı Avropa İttifaqının rəqabət qaydalarının pozulması kimi qiymətləndirilə bilər.
Məlumata əsasən, “Meta” 2025-ci il oktyabrın 15-də “WhatsApp Business Solution Terms” sənədinə dəyişiklik edərək üçüncü tərəf ümumi təyinatlı AI köməkçilərinin tətbiqə çıxışını faktiki olaraq qadağan edib. Nəticədə 2026-cı il yanvarın 15-dən etibarən “WhatsApp”da yalnız şirkətin öz aləti – “Meta AI”aktiv qalıb.