Finlandiyanın kömürlə işləyən sonuncu istilik elektrik stansiyası çərşənbə axşamı günü tamamilə bağlanacaq və Helsinkidə yerləşən enerji qrupu “Helen”ə emissiyaları azaltmağa və müştərilər üçün artan elektrik qiymətlərinə son qoymağa imkan verəcək.
“Helen” şirkətinin baş direktoru Olli Sirkkanın sözlərinə görə, Finlandiyada son bir neçə ildə külək və günəş enerjisi kimi bərpaolunan elektrik enerjisi ilə istilik istehsal gücü kəskin şəkildə artıb ki, bu da əvvəlki hökumətin 2019-cu ildə 2029-cu ildən kömürə qadağa qoyan qanunu qəbul etməsindən sonra ondan istifadənin kəskin azalmasına gətirib çıxarır.
Olli Sirkka “Reuters”ə bildirib; “Təbii ki, Finlandiyada bir qram da kömür yandırılmayacağını deyə bilmərik, çünki böhran vəziyyətləri üçün müxtəlif həllər var, lakin bu, Finlandiyada gündəlik istifadədə olan son kömür istilik elektrik stansiyasıdır”.
Şirkətdən bildiriblər ki, dayandırılan Salmisaari elektrik stansiyasında illik 175 MVt elektrik enerjisi ilə 300 MVt istilik istehsalını əvəz etmək üçün “Helen” elektrik enerjisi, tullantı istilik və istilik nasoslarından istifadə edərək qranulları, ağac yongalarını yandıracaqlar.