“Onilliklər ərzində dinamik iqtisadi artımın möhkəm bazasını təmin edə biləcək yeni enerji sənayesi yaratmaq lazımdır”.
“Akorda”nın mətbuat xidmətinə istinadla xəbər veririk ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Burabayda Milli Qurultayın iclasında söyləyib. “Məhz bu səbəbdən bir deyil, üç atom elektrik stansiyası inşa edilməlidir. Nəticədə tam funksional nüvə klasteri formalaşdırılmalıdır”, - deyə o bildirib.