Qazaxıstanın Ticarət və İnteqrasiya Nazirliyi ilə Əfqanıstanın İctimai İşlər Nazirliyi arasında Turğundi-Herat-Qəndəhar-Spin-Boldak dəmir yolunun tikintisində iştirakda onların maraqlı olduqlarını təsdiq edən niyyət Protokolu imzalanıb.
Protokol Qazaxıstan Baş nazirinin müavini - milli iqtisadiyyat naziri Serik Jumanqarinin başçılıq etdiyi nümayəndə heyətinin Əfqanıstana səfəri çərçivəsində imzalanıb.
Qeyd olunur ki, əldə olunan razılaşmaların davamı olaraq nəqliyyat və logistika sahəsində əməkdaşlıq haqqında Saziş bağlanacaq ki, bu sənəd çərçivəsində Turğundi-Herat hissəsində dəmir yolu xəttinin, lazımi infrastrukturun, eləcə də Herat şəhərində nəqliyyat-logistika mərkəzinin tikintisinə başlanılması müəyyən ediləcək.