San-Fransiskodakı Kaliforniya Universitetindən Mazen Kheirbek və onun həmkarlarının apardığı araşdırma, stresin beyin dövrələrinə təsir edərək anhedoniyaya (həzz alma qabiliyyətinin itməsi) səbəb olduğunu göstərir. Bu tapıntılar depressiya müalicəsində yeni yanaşmalar təklif edə bilər.
Presedenttv.com “Nature” jurnalına istinadla xəbər verir ki, tədqiqat siçanlar üzərində aparılıb. Siçanlara adi və şəkərli su arasında seçim imkanı verilib. Adətən siçanlar şəkərli suya üstünlük verirlər. Lakin stresə məruz qalan bəzi siçanlar adi suya üstünlük verməyə başlayıblar. Tədqiqatçılar bu davranışı anhedoniyanın gəmiricilərdəki versiyası kimi qiymətləndiriblər. Stresə davamlı siçanların amigdala və hipokampus arasındakı neyron əlaqələrinin güclü olduğu, anhedoniyaya həssas olan siçanlarda isə bu əlaqələrin zəifləmiş olduğu müəyyən edilib.
Tədqiqatçılar hipokampus və amigdala arasındakı zəif əlaqəni bərpa etmək üçün siçanların beyninə neyronların tezliyini artıran xüsusi birləşmələr vurublar. Bu müdaxilədən sonra siçanlar yenidən şəkərli suya üstünlük verməyə başlayıblar və onların beyin fəaliyyəti, stresə davamlı siçanların beyin fəaliyyəti ilə oxşar olub. Bu, stresin təsirlərini aradan qaldırmaq üçün beyin neyronlarının stimullaşdırılmasının mümk